“Eurovision”da bir ilk - CANLI YAYIMDA EVLİLİK TƏKLİFİ

  • By admin
  • 12 May 2017 09:50

1494568688-157

Ötən gün “Eurovision”un ikinci yarımfinal mərhələsində maraqlı anlar yaşanıb. 

Gununsesi.info xəbər verir ki, layihənin aparıcısı “Green Room”a yaxınlaşıb və Makedoniya təmsilçisi Jana Burceska ilə söhbət etməyə başlayıb.

Ölkənin nümayəndə heyəti arasında xanım müğənninin sevgilisi Aleksandr da olub. O, mikrafonu götürərək sevgilisinə evlilik təklifi edib.

Aleksandr cibindən üzük çıxararaq sənətçiyə uzadıb.  Burceskanın cavabı isə müsbət olub, sevgilisinə “hə” deyib.

Gununsesi.info