Estoniya XİN: Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımırıq

  • By admin
  • 31 Mart 2020 18:40

Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır.

Gununsesi.org-un xəbərinə görə, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi “Twitter” səhifəsində bildirilib.

“Estoniya Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri qanuni hesab etmir. Biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edirik”, – deyə  Estoniya XİN qeyd edib.

Gununsesi.org