“Esra Erol məşhur olmasaydı, Alişan onun bacısı ilə evlənməzdi”

  • By admin
  • 11 May 2017 19:13

1494514526-8802

 

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Alişan aparıcı Esra Erolun bacısı Eda ilə ailə qurmağa hazırlaşır.

“Qaqazinfo”nun “Posta” qəzetinə istinadən verdiyi məlumata görə, “Kanal D”nin “Renkli sayfalar” proqramının aparıcısı Lerzan Mutlu cütlüyün münasibəti ilə bağlı qalmaqallı iddia irəli sürüb.

“Alişanı 20 ildir ki, tanıyıram. Əgər Esra Erol bu gün televiziya sahəsində yaxşı yerə gəlməsəydi, hələ də “Flash TV”də evlilik verilişini aparsaydı, Alişan onun bacısı ilə təbii ki, gəzib kef edərdi, amma evlənməzdi”, – deyə L. Mutlu bildirib.

 

Gununsesi.info