Ermənistanda virusdan ölənlərin sayı 55-ə çatdı

  • By admin
  • 16 May 2020 11:11

Ermənistanda daha 239 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

Gununsesi.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 4 283-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha nəfər artaraq 55-ə çatıb.

Bildirilib ki, ölkədə indiyədək 1 791 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 415 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,6 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 308 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

Gununsesi.org