Ermənistanın Gümrü şəhərində yerləşən Rusiyanın 102-ci hərbi bazasında əsgər ölümü hadisəsi baş verib.
Gununsesi.org-un məlumatına görə, hərbi qulluqçunun 23 yaşı olub. Onun üzərində zorakılıq əlamətləri aşkarlanıb.
“Ölən 23 yaşlı hərbi qulluqçu Rusiyanın 102-ci hərbi bazasının əsgəridir. Onun bədənində kəsilmiş-deşilmiş izləri aşkarlanıb”, – deyə Ermənistanın İstintaq Komitəsinin məlumatında deyilir.
Faktla bağlı cinayət işi açılıb.
Gununsesi.org