Ermənistanda koronavirusa yoluxanların sayı durmadan artır

  • By admin
  • 04 May 2020 12:49

Ermənistanda koronavirusa yoluxanların sayı 2 507 nəfərə çatıb.

Gununsesi.org xəbər verir ki, son sutka ərzində 121 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Həftə sonunda 6 nəfərin koronavirusdan ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 39 nəfər koronavirusun qurbanı olub, 1 393 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

Gununsesi.org