Ermənistanda koronavirusa yoluxanların sayı 14 min nəfəri keçdi

  • By admin
  • 10 İyun 2020 11:14

Ermənistanda koronavirusa yoluxanların sayı 14 103 nəfərə çatıb.

Gununsesi.org -un Trend-ə istinadən məlumatına görə, son sutka ərzində 4280 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 227 nəfər koronavirusdan ölüb, 8 650 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Gununsesi.org