Ermənistanda koronavirus qurbanlarının sayı artdı

  • By admin
  • 02 Aprel 2020 23:05

Ermənistanda gün ərzində COVID-19-dan ikinci ölüm qeydə alınıb.

Gununsesi.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib.

O, qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin sayı altı nəfərə çatıb.

Nazirlik rəsmisinin sözlərinə görə, ölüm “Nork” kliniki yoluxucu xəstəxanasında qeydə alınıb. Ölən şəxs 78 yaşlı pasiyentdir.

Ölən qadında xroniki xəstəliklər, o cümlədən şəkərli diabet, arterial hipertoniya mövcud olub. “O, Ermənistan vətəndaşı deyildi”, – mətbuat katibi bildirib.

 

 

 

Gununsesi.org