Ermənistanda keçmiş deputat həbs edildi

  • By admin
  • 17 İyun 2020 17:08
Ermənistan parlamentinin keçmiş deputatı Abraam Manukyan həbs edilib.
Gununsesi.org xəbər verir ki, məlumatı “News.am” yayıb.
Bildirilib ki, Yerevan şəhəri Şenqevit məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Manukyanın həbsi ilə bağlı vəsatətə iyunun 17-də baxılıb.
Ona qarşı irəli sürülən ittihamlarda “Multi qrup” konserninin direktoru Sedarak Arustamyanın da adı hallanır. S.Arustamyan Çiçəklənən Ermənistan Partiyasının sədri, parlamentdəki “Sarukyan” fraksiyasının lideri Qaqik Sarukyanın adamı sayılır.
Qeyd edək ki, Abraam Manukyan 1957-ci il noyabrın 15-də Yerevanda anadan olub. Ticarət sahəsində müxtəlif vəzifələrdə işləyib. 2003-2007-ci illərdə deputat olub. 2007-ci ildə Ermənistan səhiyyə nazirinin müavinidir.
Gununsesi.org