Ermənistanda daha 289 nəfər virusa yoluxdu

  • By admin
  • 26 May 2020 12:24

Ermənistanda koronavirusa yoluxanların sayı sutka ərzində daha 289 nəfər artaraq 7402-yə çatıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Xəstəlik səbəbindən həyatını itirənlərin sayı daha 4 nəfər artaraq 91-ə çatıb. Ümumilikdə 3220 pasiyent müalicə olunaraq sağalıb.

4052  xəstənin müalicəsi davam etdirilir, 52 554  insan isə koronavirus testindən keçib.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 13 iyuna qədər uzadılıb.

 

 

Gununsesi.org