Ermənistanda 50-dək insan eklerdən zəhərləndi

  • By admin
  • 06 Fevral 2020 21:33

Ermənistanın Sünik və Lori vilayətlərinin 50-dək sakini eklerdən zəhərlənib.

Gununesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, sakinlər bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 49 nəfərdə bağırsaq infeksiyası – ishal, qusma, yüksək hərarət kimi simptomlar olub. Onlardan 8-i evə buraxılıb, 41 nəfər həkim nəzarətinə götürülüb. Sakinlərin sözlərinə görə, “Zeytun” şirkətinin eklerlərini yedikdən sonra halları pisləşib.

Şirkətdə aparılan araşdırma zamanı daxili-sanitar normaların pozulmadığı məlum olsa da, müəssisənin ekler istehsalında təhlükəsizlik sertifikatı olmayıb. Şirkətə satışa çıxardığı bütün eklerləri geri toplamaq və məhv etmək tapşırılıb.

 

Gununesi.org