Ermənistanda 5 nəfər koronavirusa yoluxaraq dünyasını dəyişdi

  • By admin
  • 02 Aprel 2020 18:00

Ermənistanda daha bir nəfər koronavirusdan ölüb.

Gununsesi.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Alina Nikoqosyan bildirib.

Onun sözlərinə görə, İrəvanda müalicə aldığı xəstəxanada vəfat edən 68 yaşlı şəxsin ölüm səbəbi kornavirus nəticəsində ikiqat pnevmoniyadır.

Ölən şəxsin digər sağlamlıq problemlərinin olduğu – işemik ürək xəstəliyi və xroniki obstruktiv ağciyər çatışmazlığından da əziyyət çəkdiyi qeyd olunub.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 5-ə çatıb.

Gununsesi.org