“Ermənistan Qarabağı PKK-nın yuvası Kandil Dağlarına çevirir!” - Ermənilərin 4T planı nədir?

  • By admin
  • 13 Fevral 2020 15:36

Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) sədri, Azərbaycan Beynəlxalq Diaspor Mərkəzi (BDM) Türkiyə nümayəndəsi Göksel Gülbey, Eurasia Diary-yə eksklüziv müsahibə verib.

Gununsesi.org həmin müsahibəni sizə təqdim edir:

– Ermənilərin qondarma soyqırımı bütün dünyaya tanıtdırmağa çalışmaqda hədəfləri nədir?

– Ermənilərin qondarma soyqırımı Türkiyəyə, habelə dünyaya qəbul etdirməyə çalışmaqda hədəfləri 4T planlarını həyata keçirməkdir. 4T planı nədir? 1-ci T tanıma, 2-ci T tanıtma, 3-cü T təzminat, 4-cü T isə torpaq deməkdir. 4T planına görə ermənilər əvvəl qondarma soyqırımı Avropa sayəsində Türkiyəyə tanıtmaq, sonra qondarma soyqırımdan zərər çəkmiş erməni ailələri üçün təzminat tələb etmək, daha sonra isə Türkiyədən torpaq qoparmaq istəyir.

Ermənilərin hədəfi Türkiyənin cənub-şərq, Şərqi Anadolu və hətta Qara dənizin şərqindəki torpaqlarını qondarma “Qərbi Ermənistan” adı altında Ermənistana qatmaqdır. Biz də təşkilat olaraq bunun qarşısındayıq və bunun bir yalan olduğunu, belə bir soyqırımın olmadığını, əsl məsələnin Türkiyənin torpağına göz dikmək olduğunu izah edirik.

– Sizcə, bəzi ölkələrin qondarma erməni soyqırımını qəbul etməsinin əsl səbəbi Türkiyəyə qarşı olan mənfi münasibətləridir?

– Ermənilərin hədəflərini dəstəkləyən Avropa, xristian ölkələri və digər ölkələrin öz məqsədləri var. Onların məqsədi Türkiyənin dünya arenasında sözü keçən bir ölkə olmaması üçün Türkiyəni çətinliyə salmaq, onun inkişafına maneə törətmək, iqtisadiyyatına zərər vurmaq, PKK/YPG/PYD və erməni məsələsi ilə güclü bir Türkiyəyə əngəl olmaqdır. Erməniləri bu qədər dəstəkləmələri və sahiblənmələrinin səbəbi isə Türkiyəni gücsüz hala gətirib, ondan istədiklərini almaqdır. Xüsusilə, Türkiyədəki iqtisadi resursları istismar etmək istəyirlər. Türkiyəni özlərinə möhtac bir hala gətirmək üçün erməni və PKK/YPG/PYD kimi məsələləri başımıza musallat etmişlər.

Qondarma soyqırımı tanımaqlarının əsas səbəblərindən biri də, bu ölkələrin əksəriyyətinin 600 il hökmranlıq edən Osmanlı İmperatorluğunun əsarətində və hakimiyyəti altında olmasıdır. Osmanlının tabeçiliyində qalan bu ölkələr, bu xristianlar indi Osmanlı İmperatorluğunun intiqamını Türkiyə Respublikasından almağa çalışırlar.

– Niyə bir çox ölkə və təşkilatlar 1915-ci ildə baş verdiyi iddia edilən qondarma erməni soyqırımını tanıyır, amma 1992-ci ildə ermənilər tərəfindən vəhşicəsinə törədilmiş və əsaslı dəlillərlə sübut olunan Xocalı Soyqırımını tanımır?

– Dünyanın bəzi ölkələri buna ideoloji baxımdan yanaşırlar, yəni sivilizasiyalar arası müharibə məsələsidir. Xristian və müsəlman ayrı-seçkiliyi edilir. Beləliklə, “Mənim yaramaz xristian uşağım ağıllı bir müsəlman uşaqdan daha yaxşıdır” əqidəsi yürüdülür. Bundan savayı, Osmanlı dövründə İslamın təmsilcisi necə Türklər idisə, eynilə indi də Müsəlmanlığın təmsilcisi kimi ərəbləri və s. görmürlər; müsəlman deyildikdə ağıllarına Türk gəlir.

Bu mövzuda Azərbaycanı da Türkiyədən ayırmırlar. Güya həkim olan Zori Balayan, bir Azərbaycan türkü uşağı Xocalıda divara mismarlayıb dərisini üzərək uşağın buna nə qədər dözə biməyini ölçür. Deyir ki, “1915-ci ilin intiqamını alıram!”.

1992-ci ildə Xocalıdakı qətliamı 1915-ci ildə Türkiyədə törətdikləri qətliamların davamı olaraq görürlər. Yəni, onlar üçün Azərbaycanda, Türkiyədə, Qazaxıstanda, dünyanın hər hansı bir ölkəsində, Türk olması yetərlidir. Ermənilər üçün məsələ Türk düşmənçiliyidir!

Niyə bəzi ölkələr Xocalı qətliamını tanımır? Xristianlıq tərəfkeşliyinə görə, bu ermənilərlə əlaqədardır. Erməni lobbisinin dünyada dəstəklənməsinin səbəbi erməniləri öz mənafelərinə uyğun istifadə etmələridir. Belə ki, ruslar, amerikalılar, fransızlar, almanlar, ingilislər dəfələrlə istifadə edib. Ermənilərdən o qədər istifadə ediblər ki, indi bunların qarşılığını ödəyirlər. Erməni lobbisi bəzi ölkələri isə pul və siyasətlə onları dəstəkləməyə məcbur edir. Buna görə də Xocalı qətliamını tanımazlar, Xocalı qətliamını tanımaq onlara maraqlı deyil. Ərəb ölkələri də bu işə yaxın durmaz.

Diqqət! Xocalı Soyqırımı zamanı çəkilmiş videoya ürəyi zəif olan insanların baxması tövsiyə olunmur.

Xocalı Soyqırımı – Müəllif hüququ: Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev

– Ermənilərin Türkiyəni dünyaya qəddar bir ölkə olaraq tanıtma səylərinə və PKK/YPG/PYD terror təşkilatlarında Türkiyəyə qarşı döyüşməsinə baxmayaraq, Türkiyədə minlərlə erməninin rahatca yaşaması faktını necə dəyərləndirirsiniz?

Türkiyə tolerant və demokratik bir ölkədir. Qanunlarımız çərçivəsində irqindən, məzhəbindən, inancından və rəngindən asılı olmayaraq hər kəs ölkəmizdə rahat yaşaya bilər.

Amma ermənilər?! Ermənistan uydurma bir dövlətdir. Öz sərhədlərini qoruya bilməyən bir ölkə qonşularının ərazisinə göz dikib. Azərbaycandan, Türkiyədən, Gürcüstandan, İrandan torpaq istəyir. Bu, ermənilərin gücü deyil, onları istiqamətləndirənlərin verdikləri ağıldır.

Türkiyə heç vaxt terrora güzəştə getməyəcək. Türkiyə həmişə PKK, YPG, PYD, İŞİD və başqa terror təşkilatlarının qarşısındadır, daim mübarizə aparacaqdır.

Ancaq Ermənistan terrorçu bir dövlətdir! Ermənistan terrorizmi dəstəkləyən bir dövlətdir. ASALA-nın üzvü olan terrorçuların heykəllərini ölkələrində ucaltmaları və hərbi qəbiristanlıqda Ermənistanın şəhidləri içərisində dəfn etmələri terrorçulara necə sahib çıxdıqlarını göstərir.

Hal-hazırda Qarabağda PKK və digər terror təşkilatların düşərgələri var. Terrorçular Qarabağda sərbəst şəkildə hərəkət edə bilirlər. Ermənistan Qarabağı PKK-nın yuvası Kandil Dağlarına çevirib. Bütün bu faktlar Ermənistanın terrorçu bir dövlət olduğunu sübut edir.

Türkiyə diplomatlarını hədəfə alan erməni terror təşkilatı ASALA-nın ən qabaqcıl üzvlərindən biri Monte Melkonyanın Ermənistanın paytaxtı Yerəvandaki büstü

Osmanlı dövründə Daxili İşlər naziri və baş nazir vəzifələrini icra edən Mehmet Talat Paşanı qətlə yetirən erməni Soğomon Tehliryanın Ermənistanın Maralik şəhərindəki heykeli

Heykəldə terrorçu Tehliryan, Talat Paşanın kəsilmiş başını ayaqlayır

Faşist Qaregin Ter-Arutyunyanın (Njde) heykəlinin Yerəvandaki rəsmi açılış mərasimi

– Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi olaraq, erməni yalanlarına qarşı mübarizədə hansı fəaliyyətləri göstərirsiniz?

– Təsis edildiyimiz 2002-ci ildən etibarən erməni yalanlarına qarşısındayıq. Xalqımıza bunların yalan olduğunu söyləyirik və bu mövzuda fəaliyyət göstəririk. Panellər, konfranslar, foto sərgilər, broşuralar, qəzetlər, bülletenlər, kitablar və əlimizdən gələn hər şeyi edərək bunu mətbuata və xalqımıza çatdırdıq. Erməni iddialarının yalan olduğunu, yalandan başqa bir şey olmadığını, əslində bizim, Türklərin qətliama məruz qaldığını söyləyirik. Bununla birlikdə, qardaş Azərbaycanın Qarabağ münaqişəsini heç vaxt unutmamışıq.

Bir qardaş kimi, biz həmişə Qarabağda yaşananları da, 1915-ci il qondarma erməni soyqırımı məsələsi ilə yanaşı anlatmışıq. Ermənilər necə Azərbaycandakı Türkləri, Türkiyədə yaşayan Türklərdən ayırmır, bir irq olaraq görürsə, bir irq kimi davranırsa, bizlər də qarşımızdakını bir düşmən kimi görürük.

Prezident İlham Əliyevin gözəl bir sözü var, “Bir millətiksə, bir millətin bir diasporası olar”. Bu səbəbdən biz heç vaxt ayrı bir diaspora kimi hərəkət edib Qarabağı və 1915-ci ildə ermənilərin törətdikləri qətliamları bir-birindən ayırmamışıq. Bunlar Türkə qarşı törədilən soyqırımdır.

İzmit şəhəri

Sakarya şəhəri

İstanbul şəhəri

İzmir şəhəri

Ankara şəhəri

Uşak şəhəri

Kocaeli şəhəri

ASİMDER, həyata keçirdiyi bütün fəaliyyətlərində erməni mətbuatı və erməni diasporunun, habelə Ermənistan Diaspor Nazirliyinin və bu sahədə çalışan bütün erməni diaspor nümayəndələrinin ən ciddi şəkildə izlədiyi bir təşkilatdır. Biz, bütün qüvvəmizlə fəaliyyət göstəririk və fəaliyyət göstərəcəyik. Bütün üzvlərimizle Türkiyə və digər ölkələrdə, harda olmağımızdan asılı olmayaraq haqlı olduğumuzu göstərəcəyik.

Gununsesi.org