Ermənistan parlamenti bir həftədir toplana bilmir

  • By admin
  • 23 Mart 2017 23:28

yerevan_170612_2

 

Ermənistan parlamenti son bir həftədə bircə toplantı da keçirməyə nail ola bilməyib.

Axar.az xəbər verir ki, buna səbəb deputatlardan çoxunun iclasa gəlməməsi səbəbindən yetərsayın olmamasıdır.

Hazırda bütün siyasi partiyalar aprelin 2-də keçiriləcək seçkilərə görə təbliğat kampaniyası aparırlar. Beləliklə, parlamentin yeni sessiyası yalnız seçkilərdən sonra keçiriləcək.

 

Gununsesi.info