Ermənistan MN 3 hərbçisinin yaralandığını açıqladı

  • By admin
  • 13 İyul 2020 17:05

Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində baş verən atışmalar nəticəsində üç erməni hərbçisi yaralanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib. O hərbçilərin qəlpə yarası aldığını bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi atışmalar nəticəsinə cəbhə xətti yaxınlığında iki polisin yaralandığını açıqlamışdı.

Gununsesi.org