Ermənistan 10 hərbçisinin yaralandığını açıqladı

  • By admin
  • 15 İyul 2020 12:12

Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində gedən döyüşlər zamanı 10 erməni hərbçisi yaralanıb.

Gununsesi.org xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib. O bildirib ki, hərbçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

On hərbçidən birinin vəziyyəti ağır, beşinin vəziyyəti orta-ağır qiymətləndirilir. Digərlərinin vəziyyəti barədə məlumat verilmir.

 

Gununsesi.org