Erməni yazıçı Ekozyants: “Dağlıq Qarabağın Azərbaycanın bir hissəsidir”

  • By admin
  • 17 Mart 2020 09:33

Kitablar iki yerə bölünür. Birilərini açmadan belə rəfə qoymaq olar. Digərləri isə mütləq oxunmalıdır. Maraqlı yazı üslübundan əlavə, belə kitablardan çoxlu vacib, aktual və qalmaqallı məlumat əldə etmək olar.

Gununsesi.org xəbər verir ki, bunu məşhur litvalı jurnalist, www.slaptai.lt internet dərgisinin rəhbəri Qintaras Visoçkas yazıb.

“Filip Ekozyantsın “İsrael Ori. Pandora qutusu” əsəri məhz ciddi şəkildə diqqət yetiriləcək kitablardan biridir. Filip Ekozyants Ermənistanı və erməniləri ürəkdən sevsə də, onları dünyanın reallığı ilə tanış etməyə çalışır. O əsl vətənpərvərdir”, – deyə jurnalist qeyd edir.

Q.Visoçkasın sözlərinə görə, Ekozyants özünü Osmanlı xanədanının vətəndaşı sayır və Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunun tərəfdarıdır.

“Kitabın müəllifini hələ də “dənizdən dənizə Ermənistan” xülyası ilə yaşayan və XXI-ci əsrdə işğalçılıq siyasətinə haqq qazandıran insanlar sevməz. Görünür ki, bu yeni kitabı ilə Filip Ekozyants ermənilərin daha böyük nifrətinə tuş gələcək”, – deyə litvalı jurnalist vurğulayır.

Gununsesi.org