Ermənilərin işğal edə bilmədiyi torpağı Müstəqim Məmmədov satır - SƏRDAR HƏMİDOVUN OĞLUNDAN TƏRTƏRİN İCRA BAŞÇISINA AĞIR İTTİHAMLAR

  • By admin
  • 24 May 2020 22:47

Tərtər Rayon İcra hakimiyyətinin sabiq başçısı Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə adıçəkilən rayonun hazırkı rəhbəri Müstəqim Məmmədovu onların ata-baba torpaqlarını satışa çıxarmaqda ittiham edib.

Gununsesi.org bildirir ki, özünün sosial şəbəkə hesabında Şəhriyar Məcidzadə icra başçısının fəaliyyətini kəskin tənqid edərək, konkret faktlarla onun korrupsiya və rüşvətxorluq əməllərindən danışıb:

“Gözü doymayan Müstəqim Məmmədov indi isə ermənilərin ala bilmədiyi Sərdar Həmidovun evini, mənim ata, ana yurdumu reketlərə satmaq istəyir”.

“Naməlum şəhidlərin baş daşını, sinə daşını satmağı kifayət etmədimi” sual edən gənc fəal rayonun deputatı Sahib Alıyevi də tənqid edib . Bildirib ki, o deputat kimi yalnız qohum-əqrabası üçün çalışır.

 

Gununsesi.org