Erməni professor koronavirusdan öldü Tanınmış tibb mütəxəssisi idi

  • By admin
  • 28 Mart 2020 17:20

Erməni həkim koronavirusdan ölüb.
Gununsesi.org xəbər verir ki, məlumatı MK yayıb. Bildirilir ki, Rusiya vətəndaşı olan professor, 69 yaşlı Arpik Asratyan 5 gün öncə yüksək temperatur və tənəffüs problemi ilə bağlı xəstəxanaya aparılıb.

Xəstəxanada qadına koronavirus testi edilib və nəticə pozitiv olub.

Astaryanın son zamanlarda xarici səfərlər etmədiyi də bildirilib.

Qeyd edək ki, Asratyan hepatit virusunun müalicəsi üzrə Rusiyanın məşhur mütəxəssisi idi.

Gununsesi.org