Erməni deputatlar parlamentdə dalaşdılar: Yumruqlar havada uçuşdu – VİDEO

  • By admin
  • 08 May 2020 15:49

Ermənistan parlamentində hökumət üzvlərinin də iştirakı ilə deputatlar arasında əlbəyaxa qarşıdurma yaşanıb.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki,  “Parlaq Ermənistan” müxalif fraksiyasının rəhbəri Edmond Marukyan kürsüdəki həmkarlarını müxalifləri təhqir etməməyə çağırandan sonra onunla “Mənim addımım” adlı hakim partiyanın deputatı Sasun Mikayelyan arasında mübahisə başlayıb.

Digər məclis üzvlərinin də qatılması ilə deputatlar arasındakı mübahisə bir neçə dəqiqədən sonra kütləvi davaya çevrilib. Yaranmış vəziyyət səbəbindən iclas təxirə salınıb.

 

Gununsesi.org