Ermənistanın sabiq prezidenti Sarkisyanın məhkəməsi aprelin 23-nə təyin edilib

Ermənistanın sabiq prezidenti Sarkisyanın məhkəməsi aprelin 23-nə təyin edilib

“Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın martın 26-na təyin edilmiş məhkəmə işi İrəvanda koronavirusun yayılması səbəbi ilə təxirə salınıb. Məhkəmə iclası aprelin 23-nə təyin edilib”.

Gununsesiaz.info-nun RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın sabiq dövlət başçısının vəkili Amram Makinyan bildirib.

O əlavə edib ki, növbəti məhkəmə aprelin 23-ü saat 15.00-a planlaşdırılıb.

Xatırladaq ki, 2019-cu ilin sonunda Ermənistan Xüsusi İstintaq Xidməti Sarkisyanı dövlətin 1 milyon dollardan çox vəsaitini mənimsəməkdə ittiham edir.

 

 

 

Gununsesiaz.info

COMMENTS