Erkin Qədirli: “Özümü siyasətçi saymıram”

Erkin Qədirli: “Özümü siyasətçi saymıram”

REAL Partiyasının üzvü , deputat Erkin Qədirli sosial şəbəkə hesabında gözlənilməz qeyd yazıb.
Gununsesi.org deputatın özünə tənqid dolu yazdığı qeydləri təqdim edir :
“İsmayıl Cəlilova bu axşam verdiyim müsahibə tam bir rəzalət idi. Özümü siyasətçi saysaydım deyərdim ki, mən bir siyasətçi kimi məhv oldum. Amma mən özümü siyasətçi saymıram, ona görə də bu işə başqa gözlə baxıram – mən müsahibə verməyi bacarmıram. Verdiyim müsahibələr arasında yaxşısı yoxdur. Nisbətən biri digərindən yaxşı ola bilər, amma özlüyündə yaxşısı yoxdur. Bu, tutduğum mövqedən, dediyim sözdən asılı deyil. Heç bir mövzuda müsahibə verməyi bacarmıram. Bu illər ərzində jurnalistlərdən qaçmağım elə-belə deyildi. Bu gün Azadlıq Radiosuna da bir müsahibə verdim. O da çox pis alındı, arada qəzəbimi gizlədə bilmədim. İsmayıl Cəlilovun müsahibəsinə isə tükənmiş çıxmışdım. Nə isə, paylaşmaq istəmirəm. Baxmaq istəyən özü tapar. Baxanlardan üzr istəyirəm”.

COMMENTS