Emilia Klark uğurunun sirrini bölüşüb - FOTOLAR

  • By admin
  • 04 Fevral 2020 14:57

“Game of Thrones” serialında Deyeneris Tarqarien rolunu canlandıran Emilia Klark uğurunun sirrini bölüşüb.

Gununsesi.org xəbər verir ki, bu barədə “HaberGlobal” xəbər yayıb.

Məşhur aktrisa bildirib ki, “Google”dan istifadə etməməsi onun həyatını xeyli asanlaşdırıb.

““Google”da heç nəyə baxmıram, özüm barədə məlumatları axtarmıram. Bu, gələcəkdə baş verə biləcək uğursuzluqlara qalib gəlmək üçün uğurun reseptidir”, – deyə o bildirib.

Qeyd edək ki, “Game of Thrones” serialı ilə karyerasının ən yüksək zirvəsinə ucalan Emilia Klark “Above Suspicion” və “Buy Solo: A Star Wars Story” kimi məşhur filmlərlə yanaşı, “Last Christmas” filmindəki rolu ilə də sevənlərinin qəlbini qazanıb.