Elmar Məmmədyarov çempionatın davam etdirilməsinə səs verib

  • By admin
  • 18 İyun 2020 21:56

Futbol üzrə Azərbaycan Premyer Liqasının davam etdirilməsinə səs verən AFFA-nın İcraiyyə Komitəsinin yeganə üzvünün kim olduğu bilinib.

Gununsesi.org-un Oxu.Az-a istinadən verdiyi məlumata görə, bu, Xarici İşlər naziri Elmar Məmmədyarovdur.

Nazir düşünüb ki, Premyer Liqanın iyunun 21-dən bərpa olunması mümkündür.

Qeyd edək ki, bu gün Azərbaycan Premyer Liqasının davam etdirilməməsi qərara alınıb. Operativ Qərargahın bugünkü qərarından sonra da belə başa düşülür ki, idman yarışlarını keçirmək qeyri-mümkün imiş.

 

 

Gununsesi.org-