Eldar Mahmudov MTN işçilərinin də adına kredit götürürmüş - EKSKLÜZİV

  • By admin
  • 20 İyun 2016 05:28

eldar-cah

“Eldar Mahmudovun tapşırığı ilə Milli Təhlükəsizlik Nazirliyində vəzifə tutan əksər şəxslərin adına Azərbaycan Beynəlxalq Bankdan milyonlarla kredit götürülüb”. Bu fikirləri Gununsesi.info-ya sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qanunsuzluqlarına yaxından bələd olan mənbə söyləyib. Məlumatda qeyd olunur ki, Eldar Mahmudovun tapşırığına əsasən nazirliyin ali zabit heyətinə daxil olan şəxslərə kreditlər heç bir girov qoyulmadan verilib: “ Hazərda həmin şəxslərin əksəriyyəti işdən azad edilib. Onlar bu pullardan heç zaman yararlanmayıb. Bu vəsaitlər Eldar Mahmudovun oğlu Anar Mahmudovun holdinqinə gedib. Məbləğlər isə kifayyət qədər iri olduğundan o vəsaitlərin geri qaytarılması müşkül məsələdir”.

Ötən illərdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının adına  kreditlərin olub-olmaması ilə bağlı Beynəlxalq Bankdan münasibət öyrənmək mümkün olmayıb.

 

Türkel