Eldar Həsənov Türkiyə Səfirliyini ziyarət edib - FOTOLAR

  • By admin
  • 10 İyun 2020 10:24

Azərbaycan Respublikasının Serbiya, Bosniya-Hersoqovina və Monteneqrodakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov Türkiyənin Monteneqrodakı Səfirliyinin qonağı olub.

Gununsesi.org xəbər verir ki, Eldar Həsənov Türkiyənin bu ölkədəki səfiri Songül Ozanla bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Türkliyənin Monteneqro Səfirliyinin Facebook səhifəsində bu görüş barədə aşağıdakı mətn yayınlanıb:

“Qardaş Azərbaycanımızın dəyərli səfiri prof. Eldar Həsənov və onun dəyərli əməkdaşlarını səfirliyimizdə qəbul etməkdən şərəf duyduq. Birgə müzakirələr apardıq”.

 

 

Gununsesi.org