Eldar Əzizovdan yeni TƏYİNAT

  • By admin
  • 14 Fevral 2020 09:15

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

Gununsesi.org Modern.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov başqa vəzifəyə təyinat alıb.

Bu səbəbdən də BŞİH-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Metin Adil oğlu Hüseynov təyin edilib.

İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin olunub.

Bakı Şəhər İcra Hakimiyyətindən Modern.az-a faktı təsdiqləyiblər.

Gununsesi.org