Elçin Quliyev tanınmış aparıcını təltif etdi - FOTO

  • By admin
  • 11 Sentyabr 2019 11:12

Aparıcı Lamiyyə Ələkbərova Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən medalla təltif edilib.

Oxu.Az xəbər verir ki, bu barədə aparıcı “Instagram” hesabında məlumat paylaşıb.

“Sərhəd mühafizəsinin 100 illiyi münasibətilə mənə göstərdiyiniz etimada görə dərin minnətdarlığımı bildirirəm”, – o yazıb.

Qeyd edək ki, DSX rəisi E.Quliyev bir neçə həftə öncə müğənni Elnarə Xəlilovanı da medalla təltif etmişdi.