Elazığda daha bir zəlzələ oldu

  • By admin
  • 01 Fevral 2020 22:40

Türkiyənin Elazığ şəhərində daha bir zəlzələ baş verib.

Gununsesi.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:37-də Sivricə rayonunda qeydə alınıb.

Zəlzələ 3,5 bal gücündə olub. Təkanlar yerin 5 kilometr dərinliyində qeydə alınıb.

Xatırladaq ki, yanvarın 24-də Elazığda baş vermiş 6,8 ballıq zəlzələ nəticəsində 41 nəfər ölüb, 1607 nəfər yaralanıb. 45 nəfər dağıntılar altından sağ çıxarılıb.

 

Gununsesi.org