“Eks-prezident bizdən sığınacaq tələb etməyib” - PESKOV

  • By admin
  • 11 Noyabr 2019 21:22

Boliviyadakı siyasi durumun qaydalara uyğun şəkildə və xarici müdaxilə olmadan həll edilməsinə ümid edirik.

Gununsesi.org xəbər verir ki, bunu Kreml sözçüsü Dimitri Peskov deyib. O, Boliviyanın eks-prezidenti Evo Moralesin Moskvadan sığınacaq tələb etmədiyini bildirib.

Qeyd edək ki, Boliviya Prezidenti Evo Morales ölkəsindəki genişmiqyaslı etiraz aksiyalarına görə ötən gün istefa verib.

 

Gununsesi.org