Ekoloji təyyarələr istehsal olunacaq

  • By admin
  • 17 Noyabr 2019 10:50

“Airbus” aviakonserni 2030-cu ilə qədər ətraf mühiti çirkləndirməyən təyyarə hazırlaya bilər.

Gununsesi.org Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg”-ə “Airbus ExO Alpha” şirkətinin icraçı direktoru Sandra Şeffer məlumat verib.

Məlumata əsasən, söhbət regional reysləri həyata keçirəcək 100 yerlik təyyarələrdən gedir.

Agentlik bildirir ki, iri aviaistehsalçılar da 2050-ci ilə qədər karbon qazının havaya buraxılmasını iki dəfə azaltmağa razılıq veriblər.

Şefferin sözlərinə görə, hazırda 2050-ci ildə öhdəliklərin yerinə yetirilməsi üçün vahid konsepsiya yoxdur, lakin bir yerdə cəmləməklə bu nəticəni əldə etməyə imkan verən bir neçə üsul var.

Gununsesi.org