Ekipaj üzvlərinin cəsədləri Türkiyə gətirilib - FOTOLAR

  • By admin
  • 19 Yanvar 2017 16:26

turk
Yanvarın 16-da Qırğızıstanda qəzaya uğrayan “Türk Hava Yolları”na məxsus “Boinq 747-400” yük təyyarəsinin ekipaj üzvlərinin cəsədləri Türkiyə gətirilib.
Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyənin “MyCARGO Airlines” şirkətinə məxsus yük təyyarəsinin 4 ekipaj üzvündən yalnız 3-nün cəsədi təyyarə ilə Türkiyə gətirilib. 4-cü ekipaj üzvünün cəsədinin isə daha sonra gətiriləcəyi bildirilib.

Ekipaj üzvülərinin cəsədlərini Atatürk Hava limanında “ACT” Hava yollarında çalışan işçilər və onların yaxınları gözyaşları içində qarşılayıblar.

turk1 turk2

Anar

Gununsesi.info