“EgyptAir” Çinə uçuşları bərpa edəcək

  • By admin
  • 20 Fevral 2020 19:49

 

Misirin “EgyptAir” aviaşirkəti koronavirus təhlükəsinə rəğmən fevralın 27-dən Çinə uçuşları bərpa edəcəyini bəyan edib. Aviareyslər həftədə bir dəfə, Qahirə-Pekin-Quançjou marşrutu üzrə həyata keçiriləcək.

Gununsesi.org Misir KİV-nə istinadla xəbər verir ki, aviaşirkətin yaydığı məlumatda sözügedən qərarın Çinə uçuşların bərpa olunması ilə bağlı müraciətlərin artması ilə bağlı qəbul edildiyi bildirilir. Qeyd olunur ki, yaxın aylarda tələbatın daha da artacağı təqdirdə aviareyslərin sayı artırıla bilər.

Xatırladaq ki, “EgyptAir” aviaşirkəti koronavirus xəstəliyi ilə əlaqədar fevralın 1-dən etibarən Çinin şəhərlərinə uçuşları dayandırıb. Sonuncu reys həmin tarixdə Misir vətəndaşlarının Uxan şəhərindən gətirilməsi məqsədilə həyata keçirilib.

Gununsesi.org