Dünyaya səs salan FETÖ istintaqı tamamlandı

  • By admin
  • 06 May 2020 13:08

FETÖ terror təşkilatının lideri Fətullah Gülənin bir nömrəli şübhəli olaraq mühakimə olunduğu Kuleli Hərbi Liseyi ilə bağlı istintaq araşdırması yekunlaşıb.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən saxta hesabat hazırlayaraq FETÖ mənsubu olmayan tələbələrin Kuleli Hərbi Liseyinə girməsinə əngəl törədən həkimlər haqqında aparılan istintaq tamamlanıb.

Fətullah Gülən ilk dəfə hərbi cəza məcəlləsində əhatə olunan cinayətlərə görə istintaqa daxil edilib.

İstintaq nəticəsində, təxminən 19 həkim və Fətullah Gülən haqqında hazırlanan hesabat İstanbul Baş Prokurorluğuna göndərilib.

Fətullah Gülən təşkilat rəhbəri olaraq yer aldığı hesabatda və 12-si həbsdə olan 19 həkim silahlı terror təşkilatına üzv olmaq, təhdiddən istifadə edərək təhsil və təlim almağa mane olmaq və saxta sənəd hazırlamaqda ittiham olunur.

2013-cü ildə məktəbə girə bilməyən 33 tələbə isə hesabatda şikayətçi qismində iştirak edib.

Gununsesi.org