“Dünyanın ən seksual kişisi”ndən xoş xəbər – FOTO

  • By admin
  • 01 Aprel 2020 16:47

Hollivud ulduzu İdris Elba koronavirus testi pozitiv çıxdıqdan sonra xanımı Sabrina Daurla birlikdə qaldıqları iki həftəlik karantin dönəmini geridə qoyub.

Gununsesi.org bildirir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

47 yaşlı aktyor xəstəliyinin əvvəlində olduğu kimi, hələ də heç bir simptom hiss etmədiyini vurğulayıb.

“Astma xəstəsi kimi ən pis halı yaşayacağımı düşünürdüm, amma şükürlər olsun ki, xilas oldum”, – deyə o bildirib.

Elba koronavirusa Kanadanın baş naziri Castin Trüdonun xanımı Sofi Trüdodan yoluxduğunu bildirmişdi. Onlar eyni tədbirdə iştirak etmişdilər. Aktyor xəstəliyin simptomlarını hiss etməsə də, ehtiyat üçün yoxlamadan keçmişdi və analizlərinin cavabı müsbət çıxmışdı.

Qeyd edək ki, britaniyalı kino aktyor “28 həftə sonra” (2007), “Götürücülər” (2010), “Kabus yarışçı 2: İntiqam atəşi”, “Prometey” (2012) və “Tor” trilogiyası (2011, 2013, 2017) kimi filmlərdən sonra daha çox məşhurluq qazanıb.

“Lüter” serialındakı roluna görə isə o, “Qızıl Qlobus” və “Emmi” mükafatına layiq görülüb.
2018-ci ildə Elba “People” jurnalının versiyasına görə, “dünyanın ən seksual kişisi” kimi tanınmışdı.

ö

Gununsesi.org