Dünyanın ən nüfuzlu moda gecəsi təxirə salındı – FOTOLAR

  • By admin
  • 18 Mart 2020 14:22

Hər il Nyu-Yorkdakı “Metropolitan” İncəsənət Mərkəzində təşkil olunan nüfuzlu “MET Gala” gecəsi təxirə salınıb.

Gununsesi.org xəbər verir ki, əvvəlcə təşkilatçılar şounun ləğv olunmayacağını açıqlasalar da, sonradan koronavirusun geniş vüsət aldığını bildirərək tədbirə hazırlıqları dayandırıblar.

Qeyd olunub ki, 4 mayda keçirilməsi nəzərdə tutulan gecə qeyri-müəyyən vaxta təyin olunub.

Xatırladaq ki, “MET Gala”nın bu ilki bilet qiymətləri 35 min dollardan başlayıb. Gecənin bu dəfəki əsas mövzusu moda və zamandır və iştirakçılara sözügedən “dresscode” şərt qoyulub.

NEW YORK, NEW YORK – MAY 06: Jennifer Lopez and Alex Rodriguez attend The 2019 Met Gala Celebrating Camp: Notes on Fashion at Metropolitan Museum of Art on May 06, 2019 in New York City. (Photo by Dimitrios Kambouris/Getty Images for The Met Museum/Vogue)

Gununsesi.org