Dünyanın ən gözəl qadını anası ilə podiuma çıxdı - FOTOLAR

  • By admin
  • 28 Fevral 2020 17:57

Dünyanın ən gözəl qadını kimi tanınan Fələstin əsilli supermodel Bella Hadid anası ilə birlikdə podiuma çıxıb.

Gununsesi.org bildirir ki, Lenta.ru-nun məlumatına görə, dəbli şounun görüntüləri “Just Jared” jurnalının “Instagram” hesabında yayımlanıb.

Bildirilir ki, 56 yaşlı İolanda Hadid İtaliyanın lüks “Off-White” brendinin nümayişində iştirak edib.

Bundan başqa, supermodelin böyük bacısı Gigi Hadid da geyim nümayişinə qatılıb.

Gununsesi.org