Dünyanın ən gözəl 30 qadını - SİYAHI

  • By admin
  • 05 Aprel 2017 23:40

en gozel 30 qadin

“Buzznet” adlı internet saytında “Dünyanın ən gözəl 30 qadını” başlığı ilə səsvermə keçirilib.

Gununsesi.info-nun haberturk.com-a istinadən verdiyi məlumata görə, siyahıda birinci yerdə amerikalı müğənni Beyons yer alıb.

İlk beşliyə hindistanlı aktrisa və model Priyanka Çopra, amerikalı model Taylor Hill, britaniyalı aktrisa Emma Votson və amerikalı aktrisa Dakota Conson daxildir.

“Dünyanın ən gözəl 30 qadını” adlı siyahıda türkiyəli aktrisalardan yalnız Fahriyə Evcən var. O, 9-cu yerdə qərarlaşıb.

Səsvermədə, eyni zamanda, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, Amerikanın eks-birinci xanımı Mişel Obama, məşhur modellər Adrina Lima, Naomi Kempel, Cici Hadid, aktrisa Bleyk Layvli və Ancelina Colinin də adı var.

Gununsesi.info