Dünyanın ən böyük 4-cü neft mədəni kəşf olundu

  • By admin
  • 17 Noyabr 2016 17:00

neft

Dünyanın ən böyük 4-cü neft mədəni kəşf edildi.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzindən verilən məlumata görə, Texas ştatının qərbində yerləşən Permian hövzəsindəki Volfkamp adlı ərazidə 20 milyard barelə yaxın xam neft aşkarlanıb. Volfkamp Səudiyyə Ərəbistandakı Qavar, Safaniya, Küveytdəki Burqandan sonra dünyanın neft ehtiyatı ilə zəngin 4-cü bölgəsidir. Geoloji Araşdırma Enerji Qaynaqları proqramının koordinatoru Valter Quidrozun kəşf haqqında verdiyi açıqlamada deyilir ki, əvvəllər milyardlarla barel petrol çıxarılan ərazilərdə hələ də neft çıxarmaq şansı var. O bildirib ki, texnologiya və sənaye sahələrindəki inkişaf neft qaynaqlarına ciddi təsir göstərir. Mütəxəssislər Volfkampdakı neftin qiymətinin 1 trilyon dollara yaxın olduğunu açıqlayıb. Ən böyük şirkətlərdən ola BP-nin iyun ayında verdiyi hesabatda 2015-ci ildən ABŞ toplam 55 milyard barel ilə dünyanın ən çox xam neft ehtiyatına sahib 9-cu ölkəsidir. Bu siyahıya Venesuela liderlik edir. 2-ci yer Səudiyyə Ərəbistana, 3-cü yer isə Kanadaya məxsusdur. Bunların ardınca İran, İraq, Rusiya, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri siyahıda yer alır.

Nigar Cəfərli

Gununsesi.info