Dünyanı təsirləndirən görüntü: Koronavirusla savaşan yəhudi və müsəlman həkimin birgə ibadəti etdilər - FOTO

  • By admin
  • 28 Mart 2020 11:20

İsrail təcili yardım xidməti əməkdaşları arasındakı dinlərarası harmoniyanı əks etdirən foto-kadr sosial şəbəkələrdə hamının təqdirini qazanıb.

Gununsesi.org Moderator.az istinadla xəbər verir ki, İsrail televiziya kanallarından birinin müxbiri Nir Dvori tərəfindən çəkilib paylaşılan görüntüdə təcili yardım maşınının fonunda iki tibb işçisi görünür. Onlardan biri səkidə üzü Məkkəyə sərdiyi xalı üzərində namaz qılıb dua edir, digəri isə əks istiqamətə dönərək Allaha üzünü yəhudi-iudaist ibadəti tərzində tutur.
Koronavirus pandemiyasının qızğın çağında insan həyatlarını xilas etmək üçün çalışan bir müsəlman və  yəhudinin sinxron duası sosial şəbəkələrin istifadəçilərini bərk təsirləndirib…

Gununsesi.org