Dünyanı gündəmini çalxalayan xəbər: İsrailə “məxfi” qrifi altında 2,3 ton dərman gətirildi - Koronavirusun gizlədilən əlacı

  • By admin
  • 28 Mart 2020 11:48
Martın 26-da İsraildə “məxfi” qrifi altında xüsusi bir əməliyyat həyata keçirilib.

Gununsesi.org bu haqda Moderator.az-a istinadla xəbər verir. İsrail Səhiyyə Nazirliyi, “Sarel”, “K.S. Kim International” və “El-Al” təyyarələrinin iştirak etdiyi əməliyyat nəticəsində ölkəyə kaletra adlı dərmanın 900 min tableti  çatdırılıb.

2.3 ton ağırlığında  dərmanın ilk partiyası İsrailə adının açıqlanması qadağan edilmiş bir dövlətdən gətirilib. “Sarel” dövlət şirkətinin sərəncamına verilən dərman xəstəxanalara paylanacaq.

“El-Al” aviakompaniyasının bir agenti adı çəkilməyən ölkədən 900 min tableti çatdırmaq üçün təyyarələrin yüklənmə yerinə 30 km-lik yolu  piyada getməli olub.

2 aktiv maddə  – lopinavir və ritonavirdən ibarət olan bu dərmanın şiddətli və orta dərəcəli koronaviruslu xəstələrin müalicəsində təsirli olduğu təsdiqlənib. Həmin preparat digər dərmanlarla birlikdə Çində və bir sıra digər ölkələrdə ağır xəstələri müalicə edib.

Gununsesi.org