Dünyada koronavirusdan ölənlərin sayı 310 mini ötdü

  • By admin
  • 16 May 2020 20:44

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 4 672 159 nəfərə çatıb.

Gununsesi.org xəbər verir ki, indiyədək COVID-19 diaqnozu qoyulan 310 065 nəfər dünyasını dəyişib, müalicə alan 1 780 403 nəfər sağalıb.

Xəstəxanaya yerləşdirilən 44 984 pasiyentin vəziyyəti ağırdır.

Ən çox yoluxma halları ABŞ (1 489 419), İspaniya (276 505) və Rusiyada (272 043) qeydə alınıb.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 146 457 nəfər yoluxub, 4 055 nəfər ölüb. İranda isə qeydə alınmış yoluxma hallarının sayı 118 392-dir. Son məlumata görə, bu ölkədə 6 937 nəfər pandemiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

 

 

Gununsesi.org