Dünyada koronavirusdan ölənlər 30 minə çatır: yoluxanlarla bağlı zon məlumat

  • By admin
  • 28 Mart 2020 23:15

Dünyada koronavirus infeksiyasına (COVİD-19) yoluxma və bu virusdan ölüm halları son xeyli artıb.

Gununsesi.org xarici mənbələrə istinadən bildirir ki, hazırda dünyada koronavirusa yoluxanların ümumi sayı 645 min 606 nəfər, ölənlərin ümumi sayı isə 29 min 971 nəfərdir. Siyahıda birinci yerdə   ABŞ-dır. Son 24 saat ərzində ABŞ-da koronavirusa yoluxanların sayı 11 min 931, ölənlər isə 241 nəfər olub . Ümumilikdə bu ölkədə 116 min 57 nəfər koronavirusa yoluxan, 1937 nəfər bu virusdan ölən var.  ABŞ-da ən çox yoluxma Nyu-Yorkda qeydə alınıb. Belə ki, bu şəhərdə ümumilikdə 52 min 318 nəfər koronavirusa yoluxan, 728 nəfər isə ölən var. ABŞ-da son saatlarda yoluxma sürətlə artıb. 24 öncə bu ölkədə yoluxanların sayı 93 min nəfər idi…

Dünyanın koronavirusa yoluxan ölkələrinin siyahısında ilk beşlikdə ABŞ-dan sonra İtaliya, Çin, İspaniya, Almaniya gəlir. İtaliyada koronavirusdan son saatlarda yoluxanların və ölənlərin sayında ötən günlərdə olduğu kimi ciddi şəkildə artım olub. Son saatlarda İtaliyada koronavirusa 5 min 974 nəfər yoluxub, 889 nəfər isə ölüb. Ümumilikdə İtaliyada koronavirusa yoluxanların sayı  92 min 472 nəfər, ölənlərin ümumi sayı isə 10 min 23 nəfərdir. Dünyada yoluxanların sayına görə ABŞ birinci yerdə olsa da, koronavirusdan ölənlərin sayına görə ilk yerdə İtaliya gəlir.

Çində isə gün ərzində cəmi 54 nəfər yoluxub, 3 nəfər ölüb. İki həftəyə yaxındır ki, bu ölkədə yoluxanların sayı 80 minin üzərində(81 min 394) dayanıb. Ölənlər isə bir həftədən çoxdur ki, 3-4 min arasındadır (hazırda 3 min 295 nəfər).

İspaniya və Almaniyada da yoluxma sayı sürətlə artmaqdadır. Belə ki, son saatlarda İspaniyada bu virusa 6 min 529 nəfər yoluxub, 674 nəfər ölüb. Eləcə də Almaniyada son saatlarda 5 min 331 nəfər yoluxub, 52 nəfər ölüb. Almaniyada ümumi yoluxanların sayı 56 min 202 nəfər, ölən isə 403 nəfərdir.

Ümumilikdə dünyada hazırda 476 min 83 nəfər koronavirus xəstəsi var. Onlardan 24 min 739 nəfərinin vəziyyəti ağırdır.

Bu gün dünyada koronavirusa ümumilikdə 49 min 294 nəfər yoluxub, 2 min 629 nəfər isə ölüb.

 

 

 

Gununsesi.org