Dünyaca tanınmış futbolçu karantinə alındı – Həyati təhlükəsi varmı ?

  • By admin
  • 12 Mart 2020 16:36

Kriştianu Ronaldo karantinə alınıb.

 

Gununsesi.org “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə “Sky İtalia” nəşri məlumat yayıb.

O, doğulduğu Portuqaliyanın Madeyra şəhərinə qayıtdıqdan sonra karantinə alınıb.

 Səbəb isə Ronaldonun koronavirusun yayıldığı müddətdə İtaliyada olması və komanda yoldaşı Daniele Ruqaninin testinin müsbət nəticə verməsidir.

Qeyd edək ki, Daniele Ruqanidə koronavirus aşkarlandıqdan sonra Kriştianu Ronaldo “Yuventus”un məşqlərindən imtina edərək Portuqaliyaya yollanıb.

 

Gununsesi.org