Dünya ulduzu göz yaşları içində səhnəni tərk etdi: Oxuya bilmədi - VİDEO

  • By admin
  • 17 Fevral 2020 10:30

Dünyaca məşhur britaniyalı müğənni və bəstəkar Elton Con Yeni Zelandiyada konserti zamanı çətin anlar yaşayıb.

Gununsesi.org xəbər verir ki, müğənni Oklend şəhərində “Maun Smart” stadionunda keçirilən konsertini başa çatdıra bilməyib.

Buna səbəb məşhura həkimlər tərəfindən şoudan əvvəl qoyulan sətəlcəm xəstəliyinin yaratdığı narahatlıq olub.

O, dərhal tamaşaçıları bu barədə xəbərdar etmək qərarına gəlib:

“Səsim pozulub. Daha nə qədər mahnı oxuya biləcəyimi bilmirəm. Çalışacağam, ancaq heç nə vəd edə bilmirəm”.

Konsertin ortasında müğənni “Daniel” mahnısını yekunlaşdıra bilməyib.

“Səsimi tamamilə itirdim. Artıq mahnı oxuya bilmirəm. Getməliyəm!” – deyə, E.Con bildirib.

Konserti izləyən tamaşaçılar bildiriblər ki, 72 yaşlı musiqiçi alqışlar və göz yaşları içində stadionu tərk edib.

Bildirilir ki, uğursuz şoudan sonra E.Con Oklenddə – fevralın 18-də və cümə axşamı – fevralın 20-də iki əlavə konsert vermək niyyətindədir. Daha sonra o, fevralın 29-da çıxış etməyi planlaşdırdığı Tounsvil şəhərinə gedəcək.

Qeyd edək ki, ötən həftə məşhur musiqiçinin həyatı və karyerasından bəhs edən “Rocketman” filmində səslənən “İ am Gonna Love Me Again” mahnısına görə, E.Con “Oskar” mükafatına layiq görülüb.

Gununsesi.org