Dünya dəhşətli təhlükədə: 35 min nəfər korona virusa yoluxub

  • By admin
  • 08 Fevral 2020 17:27

Koronavirusa yoluxanların sayı 35 min nəfərə çatıb.

Gununsesi.org-un məlumatına görə, bu günədək yeni virusa 34 939 nəfər yoluxub, onlardan 300 nəfərdən çoxu Çin xaricində qeyd alınıb.

Yoluxanların böyük əksəriyyəti, 25 min nəfər Hubey əyalətində yaşayır.

Son məlumatlara əsasən, 725 nəfər koronavirusun qurbanı olub, 2,2 min nəfərdən çox xəstə isə sağala bilib.

Gununsesi.org