Dünya çempionunun döydüyü vətəndaş ədalətsizlikdən şikayətləndi - MƏHKƏMƏ-HÜQUQ ŞURASI BU HÖKMÜ ARAŞDIRMALIDIR

  • By admin
  • 15 İyul 2019 10:09

 

Keçmiş kürəkəni tərəfindən ölümcül döyülən Dilbazi Bəhruz Museyib oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün Məhrəmə-Hüquq Şurasında araşdırılmasını istəyir. 

Bu barədə Gununsesi.org-a danışan Bəhruz Dilbazi deyib ki, idmançı  Ehram Məcidov tərəfindən törədilmiş bu ağır cinayətlə bağlı olan ədalətsiz araşdırma onu və ailəsini dərin mənəvi iztiraba sövq edib:  “Bakı Ağır Cinayətlər məhkəməsi işi ədalətsiz və tərəfli formada araşdırdı. Proses tamamilə ədalətsiz formada həyata keçirildi. Bu ədalətsizliklə bağlı bir çox ali qurumlara şikayətlərimi təqdim etmişəm. Bu günlərdə eyni məzmunlu şikayətimi Apellyasiya Məhkəməsinə də təqdim etdim. Hüququn aliliyinə olan inamımıza əsaslanan fəaliyyətimiz bu cinayətin Məhkəmə Hüquq Şurası tərəfindən ədalətli qərar qəbul edilməsini xüsusi nəzarətə götürməsi yönündədir”.

Zərərçəkmişin vəkili Ceyhun Yusifov da saytımıza açıqlamasında birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmadığını və hökmdən apellyasiya şikayəti verdiklərini deyib.

Xatırladaq ki, Ehram Məcidov 5 qat dünya çempionudur.

Gununsesi.org