Dünya Bankından neft - PROQNOZU

  • By admin
  • 21 Oktyabr 2016 13:45

vorld

Dünya Bankı, “Əmtəə Bazarları” hesabatının oktyabr sayını dərc edib.

Gununsesi.info Türkiyənin “Milliqazete” qəzetinə istinadən xəbər verir ki, Dünya Bankın “Əmtəə Bazarları” hesabatı hər üç aydan bir dərc olunur. Hesabatda, əmtəə qiymətlərinin 2017-ci ildə tələbdəki artım və təklifdəki ləngimə səbəbindən bir qədər qalxacağı vurğulanıb.

Eyni zamanda, Dünya Bankı, 2017-ci ildə xam neftin qiymətinə dair proqnozunu OPEC-in hasilatı aşağı salmağa hazırlaşmasını əsas göstərərək 53 dollardan 55 dollara qaldırıb.

Xam neft, qaz və kömürü əhatə edən enerji əmtəələrinin qarşıdakı 12 ay ərzində 25 faiz bahalaşmasının gözlənildiyi qeyd edilən hesabatda, xam neft qiymətinə dair 2017-ci il üzrə qiymət gözləntisi yuxarı istiqamətdə dəyişdirilib.

Hesabatda bu il üçün xam neftinin qiyməti bir barelə gərə 43 dollar həddində proqnozlaşdırılıb.

Anar

Gununsesi.info