Dubaydan bəzi malların gətirilməsinə qadağa qoyuldu -GÖMRÜK KOMİTƏSİNDƏN MÜƏAMMALI ADDIM

  • By admin
  • 28 Oktyabr 2016 23:22

 

 

gg

Dövlət Gömrük Komitəsi (DGK) Dubaydan (BƏƏ) bəzi məhsulların ölkəyə gətirilməsinə qadağa qoyub. Gununsesi.info bildirir ki, bu barədə report-a “Camex” yerli karqo şirkətindən müştərilərinə ünvanladığı SMS müraciətində deyilir.

Məlumata görə, DGK-nın qadağa qoyduğu məhsullar arasında ətirlər, “Power bank” (mobil cihazlar üçün rezerv enerji qurğuları), “Segway” (təkərli elektron hərəkət vasitəsi) və bir sıra başqa batareya tərkibli əşyalar var.

“Bu vaxta qədər gətirirdik. Amma bir neçə dəfə gömrükdə mallarımızı saxladılar, ona görə də daha həmin məhsulları gətirmirik”, – deyə karqo şirkətinin əməkdaşları müştərilərə izah verirlər.
Şirkət təmsilçisi “Report”a qeyd edib ki, DGK bu qadağanı həmin məhsulların təhlükəli olması ilə əlaqələndirir.
Məsələ ilə bağlı DGK-dan “Report”a bildirilib ki, Azərbaycana bütün malların gətirilməsi mövcud qanunvericiliklə tənzimlənir və tələblərə uyğun gəlməyən malların gətirilməsi qadağandır.