Dubay Gömrüyünün şefi Bakıda

  • By admin
  • 11 İyun 2019 17:20

 Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Dubay Gömrüyünün Baş direktoru Əhməd Mahbub Musabihin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən Gununsesi.org-a verilən məlumata görə, S.Mehdiyev Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən razılıqla söhbət açıb.

Azərbaycan və BƏƏ arasında bütün sahələrdə əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edən Ə.Musabih bununla belə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. Qonaq bir sıra sahələrlə yanaşı, gömrük xidməti sahəsində də əlaqələrin genişləndirilməsinin iki ölkə arasında əməkdaşlığın inkişafı baxımından səmərəli olacağını bildirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Gununsesi.org